Suriyadan gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

Suriyadan gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edildi

Sosial

24 Aprel 2026 17:57 102


Suriyadan Azərbaycana repatriasiya olunmuş 2-si qadın, 3-ü uşaq olmaqla daha 5 vətəndaş üçün psixososial dəstək tədbirləri başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.

Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantın cəmiyyətə reinteqrasiyası məqsədilə müvafiq dəstək tədbirləri davam etdiriləcək.

Xatırladaq ki, son illərdə Sosial Xidmətlər Agentliyi Azərbaycana repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 49 repatriantla sosial reabilitasiya işi davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!