Xuraman Şuşalı: Ərimin gününü qara edirəm, çox əziyyət çəkir

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalı: Ərimin gününü qara edirəm, çox əziyyət çəkir

Şou

24 Aprel 2026 17:34 133


“Anama çox bağlı olmuşam, onu itirəndən sonra barışa bilmədim. 8 il ağır depressiya yaşadım”.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Çərçivədən kənar” verilişində deyib.

Onun sözlərinə görə, bir-iki ay psixoloq yanına da getməli olub:

“Gərək övladlarına da çox bağlanmayasan, övladları da anaya çox bağlamamaq gərəklidir. Anam məni özünə bağlamışdı. Uşaq vaxtı anam harasa gedəndə xəstələnirdim. O qapıdan girəndə qızdırmam düşürdü, heç bir dərman mənim hərarətimi sala bilmirdi. Çox çalışıram ki, sevgimi övladıma verim, amma bağlanmasın mənə”.

Ailə münasibətindən danışan müğənni evliliklərin daha çox xəyanət üstündə dağıldığını qeyd edib:

“Ərim xəyanət etsə, onun yanında olmaram. Ailəni qorumaq üçün hər iki tərəfin köməyi olmalıdır. Xəyanəti zəif insanlar edir. Kişi bilməlidir ki, xəyanət edərsə, qadınını itirə bilər. Onun qorxusu ilə yaşamalıdır. Əgər səni itirməkdən qorxmursa, çox şey edər. Sevgi bəzən artır, bəzən azalır. Yüz dəfə boşanaq demişəm.

Mən ərim üçün darıxan adamam. Hər şey sevgi ilə deyil, hörmət, anlaşılma da olmalıdır. Hədsiz qısqanc biriyəm. Atam da elə olub. Yoldaşım mənə o şəraiti vermir ki, dəli kimi qısqanım. Gününü qara edirəm, əslində mənimlə çox əziyyət çəkir. Mən onun dürüstlüyünü seçmişəm. Kor-koranə seçim etmədim, ailə qurmadım. Başımı ilk bağlayanda hamı deyirdi ki, özünü reklam edir, bir-iki günə açacaq, ancaq 14 il keçdi, ailə quranda da eynisini dedilər. Yetimin əlində qoğal gülünc görünür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!