Sahil Babayev bu prosesə şəxsən nəzarət edir

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev bu prosesə şəxsən nəzarət edir

Sosial

24 Aprel 2026 15:07 431


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən maliyyələşən qurumlarda, icra hakimiyyətləri və yerli strukturlarda, dövlət müəssisələri və təşkilatlarında maliyyə yoxlamaları aparır.

“Yeni Sabah” Metbuat.az-a istinadla xəbər verir ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) maliyyə yoxlamaları həyata keçirilir. Aprelin əvvəlindən başlayan yoxlamalar nəticəsində ciddi maliyyə yeyintilərinin aşkarlandığı bildirilir. Hətta mətbuatda bu rəqəmin 1 milyard manata yaxın olduğuna dair iddialar yer alıb.

Yoxlamanın dövlət büdcəsindən maliyyələşən qurumları da əhatə edəcəyi gözlənilir.

Əldə etdiyimiz məlumata görə, maliyyə naziri Sahil Babayev prosesə şəxsən nəzarət edir. Yoxlamaların aparıldığı qurumların rəhbərləri nazirlə təmas qurmağa çalışsalar da, buna nail ola bilməyiblər. Sahil Babayev yoxlamalar zamanı obyektivliyin və şəffaflığın təmin olunmasını prioritet elan edib. Bu isə bəzi vəzifəli şəxslər arasında ciddi narahatlığa səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!