Şiddətli döyüşlər başladı:   strateji şəhər ələ keçdi – Əməliyyat genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Şiddətli döyüşlər başladı: strateji şəhər ələ keçdi – Əməliyyat genişlənir

Dünya

06 Sentyabr 2026 22:52 143


Yəmən hökumət qüvvələri ölkənin qərbində mühüm əhəmiyyət daşıyan Hays şəhərinə nəzarəti yenidən ələ keçirib.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Bildirilir ki, şəhər “Ənsar Allah” hərəkatının husilərdən ibarət qüvvələrindən geri alınıb. pizza hut

Haysın ələ keçirilməsi hökumət qüvvələrinin bölgədəki mövqelərini gücləndirməsinə və yeni istiqamətlərdə irəliləməsinə imkan yaradıb. Yəmən ordusunun şəhərə nəzarəti təmin etdikdən sonra üç istiqamətdə hərəkətə keçdiyi bildirilir.

Qüvvələr şimalda Əl-Cərrahiyə, şərqdə Cəbəl-Rasa, cənubda isə Taiz əyalətinin Əl-Barh bölgəsinə doğru irəliləyib.

Hökumət qüvvələri bir sıra mövqelərin və strateji yüksəkliklərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bununla yanaşı, Taiz əyalətinin qərbində, xüsusilə Əl-Barh ətrafında qarşıdurmaların davam etdiyi qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!