Şimali Koreya liderinin bacısı Rusiyanı dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya liderinin bacısı Rusiyanı dəstəklədi

Dünya

28 Yanvar 2023 11:14 695


Şimali Koreya lideri Kim Çen Inın bacısı ABŞ-ın Ukraynaya tank göndərmək qərarını tənqid edən bəyanatla çıxış edərək Vaşinqtonun “qırmızı xətti” keçdiyini bildirib.

Yenisabah.az "Yonhap"a istinadla xəbər verir ki, İşçi Partiyası Mərkəzi Komitəsinin rəhbərlərindən olan Kim Yo Çjon deyib:

“ ABŞ bütün Avropa qitəsini ciddi müharibə riski qarşısında qoyur və qırmızı xətti keçir. Mən ABŞ-ın Ukraynaya hərbi texnika verməklə, müharibə vəziyyətinin gərginləşdirməsini qətiyyətlə pisləyirəm. Ukrayna 20 il əvvəl Amerika tanklarının istənilən azadlığa qarşı çıxa bildiyi Yaxın Şərq səhrası deyil. ABŞ olmasaydı, dünya daha parlaq, daha təhlükəsiz və daha dinc yer olardı". Dominos pizza

O əlavə edib: “Bunun arxasında ABŞ-ın Rusiyanı məhv etmək üçün proksi müharibəsini daha da genişləndirməklə öz hegemon məqsədini həyata keçirmək kimi pis niyyəti dayanır. İmperialist koalisiya qüvvələri vətənpərvərliyi, mətanəti və möhkəm ruhu ilə seçilən rus ordusu və xalqının qəhrəmanlıq ruhuna qalib gəlməsinə imkan verilməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!