Dəvət olarsa və fürsət yaranarsa, qonşu ölkəyə (Azərbaycan - red.) səfər edəcək və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyada keçirilən seçkiqabağı debatlarda Vətəndaş Müqaviləsi Partiyasından parlamentə namizəd və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.
"Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyasına görə forumda iştirak etməkdən imtina etdim", - Simonyan qeyd edib. Dominos pizza
Telegram kanalımız