Son 4 gün...

saytların hazırlanması

Evə çatdırılma

Son 4 gün...

Dünya

31 Oktyabr 2020 10:53 1713


ABŞ-da respublikaçı Donald Tramp və demokrat Co Bayden arasında baş tutacaq prezident seçkilərinə son 4 gün  qalıb.

Yenisabah.az xəbər verir ki, namizədlər ştatlardakı görüşlərini artan templə davam etdirirlər. Trampın seçki kampaniyası qrupunun verdiyi açıqlamaya görə, o, son 3 gündə 14 mitinq təşkil edəcək. Bu gün seçkilər üçün ən kritik ştatlardan biri olan Pensilvaniyaya gedən Trump burada 4 mitinq keçirəcək. Bazar günü 2016-ci ildə ona qələbə qazandıran Miçiqan, Ayova, Şimali Karolina, Corciya və Florida ştatında olacaq.

Bazar ertəsi, yəni seçkidən bir gün gün əvvəl isə Tramp yenidən Şimali Karolina, Pensilvaniya, Viskonsin və Miçiqanda seçicilərinə müraciət edəcək. pizza mizza

Bildirək ki, Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə təşkil olunacaq  tədbirin əvvəl  planlaşdırıldığı kimi Vaşinqtondakı otelində deyil, Ağ Evdə baş tutacağını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!