Son 7 il: İnsanlar ölümsüz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Son 7 il: İnsanlar ölümsüz olacaq

Dünya

19 Mart 2023 18:25 1098


Bəşəriyyət 2029-2030-cu illərdə ölümsüzlük əldə edə bilər. 

Cebhe.info xəbər verir ki, dünyanın çoxdan gözlədiyi bu proqnozu amerikalı futuroloq və kompüter alimi Raymond Kurzveil verib. 

“Science|Science” alimə istinadən yazır ki,  bu vaxta qədər insanlar hər il gözlənilən ömür müddətini bir ildən çox artıra biləcəklər. O, həmçinin bildirib ki, yaxın gələcəkdə nanorobotlar insanlara xəstəliklərdən qurtulmağa kömək edəcək:  pizza mizza

“Bunun sayəsində insanların gözlənilən ömür müddəti ciddi şəkildə artacaq, daha sonra isə ölməz olacaq”.

Kurzveilin fikrincə,  2030-cu ilə qədər süni intellekt (AI) texnoloji təkliyə çatacaq və müstəqil olaraq inkişaf etməyə başlayacaq:

“Zamanla süni intellekt insanla eyni səviyyəyə çatacaq”. 

Futuroloqun sözlərinə görə, yeddi ildən sonra insanın süni intellektlə birləşmə prosesi başlayacaq və 2045-ci ilə qədər kiborqlar nəsli yaradılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!