Son üç ildə təqdim edilən 80 elmi iş plagiat olub

saytların hazırlanması

Evə çatdırılma

Son üç ildə təqdim edilən 80 elmi iş plagiat olub

Sosial

19 Mart 2023 15:52 1115


Azərbaycanda 3 il ərzində 80 elmi işdən plagiat olduğu üçün imtina edilib, elmi adların verilməsi ləğv edilib.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev bildirib.

O qeyd edib ki, bu müddət ərzində 900 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərin elmi dərəcəsindən isə imtina olunub. pizza hut

Xaricdə elmi dərəcə alan 77 fəlsəfə doktorunun sənədi ölkəmizdə tanınıb, 25 nəfərin elmi dərəcəsinin tanınmasından imtina edilib.

Famil Mustafayev deyib ki, imtinanın səbəbləri sırasında plagiat, prosedur pozuntuları, iddiaçıların bilik səviyyələrinin iddia etdikləri elmi dərəcəyə uyğun gəlməməsi, nəticələrin elmi xarakter daşımaması və s. məsələlər daxildir. Son 3 il ərzində sadalanan səbəblərə görə 600 elmi işə imtina cavabı verilib.

Famil Mustafayev əlavə edib ki, elmi işi plagiat olan şəxslərin adları rəsmi saytda açıqlana bilər. Onun sözlərinə görə, bəzən şəxsin müdafiə etdiyi elm sahəsi haqqında elementar biliklərə sahib olmadığı müşahidə olunur.

"Bu, həmin müəssisələrdə işin hansı səviyyədə təşkil olunduğunu göstərir. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmayıb. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəsissə və şəxslərin adları rəsmi saytda açıqlana bilər",- deyə o qeyd edib.

Ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!