Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə...” - Vardanyan
19 Sen 2021 22:07
18526

“Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə...” - Vardanyan

Ermənistan dərin krizis yaşayır, ancaq ölkə əhalisinin 70%-i bu reallıqla barışıb.

Yenisabah.az xəbər verir ki, bu sözləri erməni mesenat Ruben Vardanyan “2020 Ermənistanından 2041 Ermənistanına” forumunda deyib.

Onun sözlərinə görə, əgər hazırkı situasiyanı ciddi və dərin dəyişiklik üçün istifadə etməsələr, onda ermənilərin sonu çatacaq.

O xatırladıb ki, bunun üçün 15 bənddən ibarət proqram təqdim edib:

“O bəndlərdən biri odur ki, biz illüziyalarda yaşamaqdan imtina edib, reallığı danışmalıyıq. İkinci vacib məqam - daha çox insanı cəlb etməliyik”.

Onun sözlərinə görə, 20 il ərzində ölkə orta inkilaf keçib, inqilabdan sonra insanlarda böyük ümidlər yaranıb, müharibədən sonra isə dərin krizis yaşanır:

“Əhalinin 60%-i baş verənlərə laqeyddir, onlar situasiyanın ciddiliyini görmürlər, 30% əhali hər şeyi atıb ölkədən getmək istəyir, çünki bütün ümidlərini itiriblər. Ancaq dəyişiklik üçün şans var”.

ABŞ-ın “Moderna” şirkətinin nümayəndəsi Nübar Afeyan isə baş verənləri kollektiv satqınlıq adlandırıb. O, fikrini əhalinin gələcəyə inamının məhv olması, keçmişlə yaşaması ilə izah edib:

“Biz inanmırıq, bizim üçün heç bir fərqi yoxdur. Məsələ ondadır ki, biz hər zaman “qoyqırım”dan danışırıq, keçmiş haqda...”./Axar.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər