Sosial yardım almaq istəyənlərin   NƏZƏRİNƏ - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ - RƏSMİ

Sosial

16 Aprel 2024 18:54 13083


Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun ünvanlı sosial yardımın düzəldilməsi ilə bağlı vətəndaşlara müraciətində deyilir.

Bildirilir ki, Fond tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmaq tövsiyə edilib: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir. pizza sifarişi

Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır.

Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir”.

Qeyd edilib ki, istənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər. Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

 

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ləman
    Salam.3 övladım var.Tək böyüdürəm.Uşaqlar 13,11,6 yaşındadırlar.Heç bir yerdə işləmirəm.Daimi yaşayış yerim də yoxdur.Mənə necə kömək edə bilərsiz?
    1 year ago
  • EMİN
    Salam. 3 övladım olanda sosial yardım alırdıq. Dördüncü uşağımız oldu verilən yardımı kəsdilər. Bir il yarımdır ki müraciət edirəm. Vemtaş dan keçir.Amma gələn iki nəfər gəlir hə yerə baxır evin içindən tutmuş ətrafına qədər və gedib imtina verirlər. Xahiş edirəm bizə kömək edəsiniz.
    2 years ago
  • Şəmsiyyə
    İki oğlum var.Heç birimiz işləmirik .nə həyat yoldaşım nədə ki mən.bir uşağımın 3 yaş 3aylıqdı ,digərinin isə 4yaş 8aylıqdı.bizə sosial yardım düşürmü?
    2 years ago