ABŞ və İsrailin İrana qarşı hərəkətləri qlobal enerji və ərzaq təhlükəsizliyinə təhdidlər yaradıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O, Rusiya Təhlükəsizlik Şurasının Elmi və Ekspert Şurasının Rəyasət Heyətinin iclasında qeyd edib: "Təhlükəsizlik fəaliyyətlərinin effektivliyinin artırılmasının açarı beynəlxalq arenada koordinasiyanın gücləndirilməsi, eləcə də ortaq narahatlıq doğuran məsələlərə yanaşmaların birləşdirilməsidir".
Şoyqu bildirib: "Bunlara, digər məsələlərlə yanaşı, ABŞ-İsrail İrana qarşı təcavüzü fonunda enerji və ərzaq təhlükəsizliyinə təhdidlər də daxildir".
Rusiya Təhlükəsizlik Şurasının katibi dünyada müdafiə xərclərinin artması, iqtisadi artımın azalması, nəqliyyat və logistika infrastrukturunun məhv edilməsi və artan borc problemlərinin təhlükəsizlik təhdidləri kimi qeyd edib.
Telegram kanalımız