Rusiyanın müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin sayının 1,5 milyon nəfərə çatdırılması ilə bağlı iclas keçirib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Ukrayna ərazisində keçirilən müşavirədə nazir deyib:
"Rusiya Federasiyasının Prezidenti Silahlı Qüvvələrin sayını 1,5 milyon hərbi qulluqçuya çatdırmaq qərarına gəlib. Dövlətin hərbi təhlükəsizliyinə zəmanət vermək, Rusiya Federasiyasının yeni subyektlərini və mühüm obyektlərini yalnız Silahlı Qüvvələrin tərkib hissələriəsas struktur qüvvələrini gücləndirməklə qorumaq mümkündür. O cümlədən, 2 yeni spesifik strateji ərazi birliyi - Moskva və Leninqrad hərbi dairələri, habelə Rusiya Federasiyasının yeni təsis olunan ərazilərində özünü təmin edən qoşun qrupları (qüvvələr) yaratmaqla”. Toyuqlu pizza
Şoyqu görüşdə bildirib ki, Kareliya Respublikasında ordu korpusu, quru qoşunlarının tərkibində 3 motoatıcı diviziya və hava-desant qüvvələrində 2 hava hücum diviziyası yaratmaq, Qərb, Mərkəzi, Şərq hərbi dairələri və Şimal donanmasında 7 motoatıcı briqadasını yenidən təşkil edilməlidir.
Həmçinin, onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin, Aerokosmik Qüvvələrin və Strateji Raket Qüvvələrinin döyüş komponenti gücləndiriləcək.
Telegram kanalımız