Su kəmərindəki qəza aradan qaldırıldı

Su kəmərindəki qəza aradan qaldırıldı
May 15, 2019
Oxunma sayı: 16

Bakının mərkəzində magistral su xəttində baş verən qəza aradan qaldırılıb.

Bu barədə "Yeni Sabah"a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb edilən qəza xidməti borunu təmir edib və ətraf ərazilərə suyun verilişi bərpa edilib: "Ötən gün baş vermiş qəza aradan qaldırılıb, artıq bu gün səhər saatlarından ətraf ərazilərə içməli suyun verilişi bərpa olunub".

Xatırladaq ki, mayın 14-də günorta saatlarında paytaxtın Rəşid Behbudov küçəsində 500 mm diametrli magistral polad boru kəmərində qəza baş vermişdi. Hadisə nəticəsində bir neçə küçəni su basmış, avtomobillərin hərəkətində problem yaranmışdı.