Sülhməramlıların 18 maşını Laçın yolundan keçdi

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların 18 maşını Laçın yolundan keçdi

Rəsmi

06 Yanvar 2023 16:04 649


Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb. 

Yenisabah.az xəbər verir ki, "KamAZ" markalı avtomobilin maneəsiz şəkildə hərəkət etməsi təmin edilib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  Pepperoni pizza

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 18 avtomobil maneəsiz hərəkət edib. 

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 26 gündür davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!