Sumqayıtda iki avtobus toqquşdu, 8 nəfər xəsarət aldı - Video
08 May 2020 09:40
209

Sumqayıtda iki avtobus toqquşdu, 8 nəfər xəsarət aldı - Video

Sumqayıtda iki marşrut avtobusu toqquşub. 

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər