Sumqayıtda yanğın oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda yanğın oldu - Video

Hadisə

08 Yanvar 2025 01:18 1047


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yenisabah.az xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinə bilavasitə bitişik taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın, evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 kv.m. sahədə taxta tullantıları yanıb. pizza mizza

Fərdi yaşayış evi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!