Suraxanı rayonunda qəsəbələrarası və məhəllədaxili küçələrində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yollarda təmir-tikinti işləri davam etdirilir.
Yenisabah.az xəbər verir ki, hazırda Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində uzunluğu 2,6 km olan sözügedən küçədə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14 300 kv.m asfalt örtüyü salınır.
Telegram kanalımız