Suraxanıda “qadın ovçusu“ - “Bakıya təzə gəlmişəm“

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda “qadın ovçusu“ - “Bakıya təzə gəlmişəm“

Sosial

06 İyul 2022 11:15 1139


“Yeni Sabah”a Suraxanı ərazisində bir dələduzun peyda olması barədə məlumat daxil olub. Şikayətçilərin sözlərinə görə, həmin şəxs yalnız qadınlara müraciət edir, ölkəyə yeni gəldiyini, heç bir yeri tanımadığını, xəstəliyi ilə əlaqədar dərmana ehtiyacı olduğunu deyib pul istəyir. Amma onu çox yaxşı tanıyanlar bildirir ki, həmin şəxs qəsəbənin köhnə sakinidir və insanların etibarından sui-istifadə edir. 

“Hamıya eyni üsulla ünsiyyət qurur. Həqiqətən də, yardıma ehtiyacı olduğunu düşünüb kömək etdim. Məndən pulu alıb bir qədər uzaqlaşandan sonra başqa bir qadından kömək istədiyini gördüm”, - deyə adının çəkilməsini istəməyən şahidlərdən biri qeyd edib.

O hətta yaşlı adamı izləyib: pizza hut

“Bundan sonra əmin oldum ki, sadəcə xanımların duyğularından sui-istifadə edir. Bunu üzünə deyəndə səs-küy salaraq məni şərləməyə çalışdı. Amma fotosunu çəkə bildim”.  

“Yeni Sabah” fotonu təqdim edir və mövzunun müvafiq orqanları maraqlandıracağına ümid edir.

İmamət İsmayılova


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!