Suraxanıda şəhid doğum günündə anıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda şəhid doğum günündə anıldı - FOTOLAR

Sosial

26 İyul 2022 12:06 1424


Vətən müharibəsinin şəhidi baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun 31 yaşı tamam olur. 

Bu münasibətlə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, müavin Fuad Cəbrayılov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, Əmircan qəsəbəsi Bələdiyyəsinin sədri Şəhidin əziz xatirəsini ehtiramla anaraq məzarını və ailə üzvlərini ziyarət etmişlər.

Qeyd edək ki, 2008-ci ildə Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbi bitirən Hüseynov Orxan Bəhman oğlu 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2013-cü ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, ixtisasını daha da mükəmməl səviyyəyə çatdırmış və Qusar şəhərində yerləşən N saylı hərbi hissədə tağım komandiri olaraq hərbi xidmətə başlamış, düşmənlə ən yaxın məsafədə olan postlarda qulluq etmişdir. Son dərəcə istiqanlı və savadlı zabit, öz nümunəvi xidməti ilə hər zaman xüsusi rəğbət qazanan Orxan yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunmuşdur.  Dominos pizza

Orxan Vətən müharibəsində döyüş zamanı Suqovuşanın azad olunmasında 12 düşmən postunu ələ keçirərək və yaralı əsgərlərini minalı sahələrdən çıxararaq böyük şücaət göstərmişdir. Düşmənin minatanlarının atəşi nəticisində çoxlu sayda qəlpə yarası alan Orxan oktyabrın 5-də Şəhidlik zirvəsinə ucalmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!