Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri şəhidimiz İslamlı Ruhid Uğur oğlu yaşasaydı bu gün 23 yaşı tamam olacaqdı.
Yenisabah.az xəbər verir ki, şəhidin doğum günündə məzun olduğu Zığ qəsəbəsi, 315 saylı tam orta məktəbdə anım tədbiri keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin doğmaları, döyüş yoldaşları iştirak edib.
Tədbirdə Əziz Əzizov çıxış edib: "Vətən müharibəsindəki möhtəşəm qələbə dövlət başçımız İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Dövlətimiz şəhidlərin ruhuna ehtiram bəsləyir və onların ailələrinə tükənməyən qayğı göstərir. Gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər". Sezar pizza
Daha sonra Şəhidimiz İslamlı Ruhidin Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Qeyd edək ki, İslamlı Ruhid ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Telegram kanalımız