“Dünyada fərqli iqlim qurşaqları var. Hava axını hər iqlim qurşağında müxtəlif cür təzahür edir. Azərbaycan mülayim qurşağa düşdüyü üçün bölgədə isti hava kütləsi hakimdir”.
Bu sözləri Yenisabah.az-a “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimov deyib. O deyib ki, qlobal istiləşmənin 200 ildən artıq aparılmış statistikası nəticəsində 1.5 dərəcəyə qədər yüksəlişi bəlli olub:
“Bu barədə 19-cu əsrdən qabaqkı hava şəraitlərilə bağlı elə də yazılı məlumatlar olmadığına görə, yalnız son 200 ilin nəticəsi müzakirə olunur. Marqarita pizza
Araşdırmalar qlobal istiləşmənin dünyada karbon qazının emissiyasının artmasının nəticəsində olduğunu göstərib”.
Ekoloq bildirib ki, qlobal istiləşmə super dövlətlərin siyasətidir:
“Böyük dövlətlər təbiətə daha çox zərər verir, eyni zamanda, təbiətin qorunmasında da iştirak edə bilərlər. Bəzən dövlətlər bunu qarşısını qəsdən almır. Qanq çayına atılan insan cəsədləri kimi…”
Q. İbrahimlinin sözlərinə görə, temperaturun müxtəlif ölkələrdə müxtəlif təzahür nəticələri ola bilər:
“Bir ölkədə normal olan 44 dərəcə isti digər ölkə üçün anormal hava şəraiti sayıla bilər. Hava axını hər iqlim qurşağında müxtəlif cür təzahür edir. Azərbaycan mülayim qurşağa düşdüyü üçün bölgədə isti hava kütləsi hakimdir.
Məsələn, Braziliya rütubət dərəcəsinin yüksək olduğu ölkədir. Bu dövlətdə insanların yüksək hava temperaturundan ölməsi istilik və nəmişliyin bərabər olması və ya nəmişliyin təsirindən ola bilər. Bizim ərazi isə Abşeron yarımadasını çıxmaq şərtilə nisbətən quru iqlim tipidir, günvurma hallarından ölüm hadisələri Braziliya kimi ölkələrə nisbətən, demək olar ki, azdır”.
İmamət İSMAYILOVA
Telegram kanalımız