Bakının Xətai rayonundakı Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yoxlamalar 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər aparılacaq. Sezar pizza
Agentlik sürücülərə qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələrini tövsiyə edib.
Telegram kanalımız