Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.
Agentlikdən Yenisabah.az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.
Həmçinin Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), pizza mizza
Ziya Bünyadov prospekti - (Əsasən,Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - Əsas yol,20 Yanvar dairəsi istiqamətində),
Tbilisi prospekti – Əsas yol və Köməkçi yol - (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində),
Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) nisbətən, Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir.
Telegram kanalımız