Sürücülərin nəzərinə: Bu yollarda tıxac var

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə: Bu yollarda tıxac var

Sosial

13 Fevral 2023 08:45 708


Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, hazırda bəzi yollarda sıxlıq müşahidə edilir. 

Həmin yolların siyahısını təqdim edirik:  Dominos pizza

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 

3. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində; 

6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 

9. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində; 

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 

13. Babək prospekti, mərkəz istiqamətində; 

14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 

15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 

16. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 

17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 

18. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 

19. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!