Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Şuşa, Kəlbəcər və Laçında hava necə olacaq?

Rəsmi

09 Yanvar 2023 18:58 646


Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq.

Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq. Dominos pizza

Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!