“Taliban” tərəfdarları ölkənin qərbindəki Herat əyalətində internet kafe sahiblərinə qadınların ora daxil olmasına qadağa qoyulması şərti ilə işini bərpa etməyə icazə veriblər.
Yenisabah.az “Həşt e Subh” qəzetinə istinadla xəbər verir ki, vilayətdəki “Taliban”ın səhra komandiri 15 yaşından kiçik oğlanların da kafeyə daxil olmasını qadağan edib.
Bu tələblər yerinə yetirilməsə, Heratdakı internet kafelər bir həftə əvvəl olduğu kimi yenidən bağlana bilər. “Taliban” tərəfdarları qurumların işini dayandırmaq qərarını internet kafelərin “gəncləri korlaması” ilə əsaslandırıblar. Dördpendirli pizza
Əfqanıstan hökumətinin rəsmi nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.
Telegram kanalımız