Banqladeşdə hərbi təlim zamanı baş verən bədbəxt hadisə nəticəsində hərbçilər həyatını itirib. Ölkənin Çittaqonq əyalətində yerləşən Hətəzari hərbi poliqonunda döyüş atışlı təlimlər keçirən orduya məxsus tank qəfil partlayıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə nəticəsində tankın içində olan 2 hərbi qulluqçu həlak olub, bir zabit isə ağır yaralanıb. Ağır yaralanan hərbi qulluqçu təcili olaraq helikopterlə Dəkkə şəhərindəki Hərbi Qospitala (CMH) çatdırılaraq müalicəyə cəlb olunub.
Qəzaya uğrayan hərbi texnikanın Çin istehsalı olan "Type 59" tipli tank olduğu bildirilir. Banqladeş Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) faktı təsdiqləyib. Hadisənin dəqiq hansı səbəbdən (texniki nasazlıq və ya sursat problemi) baş verdiyini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma başlanılıb. pizza hut
Nazim Hacıyev
Telegram kanalımız