Bu gün İraqın keçmiş prezidenti Səddam Hüseynin edamından 16 il keçir.
Yenisabah.az xəbər verir ki, 1979-2003-cü illər arasında İraqa rəhbərlik etmiş S. Hüseynin edamı məhz bu gün icra olunub.
Xatırladaq ki, o, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının “Səhrada tufan” əməliyyatı ilə İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. Dominos pizza
Həmin il dekabrın 13-də Səddam Tikritdə həbs olunub və 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinərək asılıb.
Telegram kanalımız