Tədrisin başlanması ilə bağlı hökumətdən açıqlama
08 Avq 2020 11:40
7102

Tədrisin başlanması ilə bağlı hökumətdən açıqlama

“Tədris məsələsi həddindən artıq önəmlidir. Bunun üzərində iş gedir və dünya təcrübəsi öyrənilir.  Bu suala hələ də bütün dünyada cavab axtarılır”.

“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin köməkçisi Şahmar Mövsümov deyib. Azərbaycanda məktəblərin nə vaxt açılacağı haqda sualı cavablandıran Ş. Mövsümov bu haqda hələlik heç bir qərarın olmadığını vurğulayıb: 

“Hazırda bununla bağlı böyük bir qrupda iş gedir, rayonlar üzrə araşdırma aparılır və növbəti brifinqdə bu suallara cavab veriləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər