Təhsil naziri yeni əmr imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Təhsil naziri yeni əmr imzaladı

Sosial

09 Sentyabr 2021 17:54 15704


Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq olunub.

Yenisabah.az-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3 , ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Dördpendirli pizza

Qeyd olunub ki, ibtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 15 sentyabr – 26 yanvar;

ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şagird
    Şükür ay Allah.
    5 years ago
  • Ülkər
    3-4 gün təşkil olunur yazmısız.bəs qalan o 1-2 gün onlayn olacaq ya boş olacaq?
    5 years ago
  • Zarina
    Xeyirli uqurlu olsun.Deyek.Amma arada zehmet deyilse bizleride anlayin.bu tedrisi normal qaydaya geri qaydarin.
    5 years ago