Tələbə adı qazanan Bakı məktəblilərinin sayı açıqlandı

Tələbə adı qazanan Bakı məktəblilərinin sayı açıqlandı
Sent 15, 2019 14:56
Oxunma sayı: 75

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Təhsil idarəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edərək uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.

Yenisabah.az