Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar

Kriminal

28 İyul 2026 18:41 113


Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçən iclasda təqsirləndirilən şəxsin vəkilləri əvvəlcə prosesə sədrlik edən hakimə, daha sonra tərkibə etiraz ediblər. 

Vəkillər etiraza səbəb kimi onların verdiyi vəsatətləri əsaslandırmadan rədd etməsini bildiriblər. Pepperoni pizza

Qısa müşavirədən sonra etiraz təmin edilməyib. 

Məhkəmənin növbəti iclası avqustun 4-nə təyin olunub.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. 

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!