Tıxacda siqnal: “Cərimə yazmaqla məsələ həll olmur“

saytların hazırlanması

Evə çatdırılma

Tıxacda siqnal: “Cərimə yazmaqla məsələ həll olmur“

Sosial

06 İyul 2022 12:13 792


“Pik saatlarda tıxac zamanı mərkəzi küçələrdə belə pozuntular çox olur”.

Bunu Yenisabah.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirib.

O, paytaxt küçələrində sürücülərin bəzən yeri gəldi-gəlmədi siqnal verməsi hallarını şərh edib. pizza mizza

A. Əsgərli İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, bu cür hallara görə sürücünün cərimə oluna biləcəyini xatırladıb:

“Səs siqnallarından istifadə olunmasının konkret təyinatı var. Yəni sürücü səs siqnalından yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün istifadə edə bilər. Tıxacda, yaxud digər maşınları keçmək üçün səs siqnalından istifadə lüzumsuz sayılır.

Küçə kənarlarında yaşayış binaları, məktəblər, ictimai iaşə obyektlərin olduğunu nəzərə alsaq, bu an haqlı narahatlıqlar və narazılıqlar yaranır. Əslində, həmin qayda pozuntuları hər bir sürücünün mənəvi keyfiyyətlərini, ətrafına olan münasibətini sərgiləyən davranışıdır”.

Araz Əsgərli maarifləndirmə nəticəsində bu hallarda azalma olduğunu vurğulayıb:  

“Elə məsələlər var ki, onları insanların beyninə yerləşdirmək üçün mütəmadi təbliğat işi aparılmalıdır. Təbii ki, bu cür proseslərdə yol polisinin cərimə yazması ilə məsələ tam həll olmur. Hamı bilir ki, tıxacda hərəkət yoxdursa, siqnal verməklə yol açılmayacaq.

Meqapolis şəhərlərdə saatlarla davam edən tıxacda nə bir nəfər sürücü səs siqnalından lüzumsuz istifadə edir, nə də hərəkət zolağını dəyişir. Xaricdə maşınların sayı da Bakıdakı maşınlara nisbətən qat-qat çoxdur, amma bu hal baş vermir”.

İmamət İsmayılova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!