Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı:   “Həyat yoldaşımdan küsmüşəm” - Video

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı: “Həyat yoldaşımdan küsmüşəm” - Video

Sosial

24 Noyabr 2021 00:56 934


Tovuzda azyaşlı uşağın anası tərəfindən küçədə yatızdırıldığı barədə xəbər vermişdik. Sosial şəbəkələrdə gün ərzində bu faktı əks etdirən foto və məlumat paylaşılıb. Qısa müddət ərzində ana və məsələyə biganə olan aidiyyəti qurumlar qınaq obyektinə çevrilib. Bəs reallıq necədir?

Yenisabah.az xəbər verir ki, Aybəniz Qasımovanın 37 yaşı var. Tovuzda, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Onun qeyri-rəsmi nikahdan bir övladı var. 

Aybəniz Qasımova bildirib ki, həyat yoldaşı ilə küsüb evdən çıxıb.  pizza mizza

“Mən küçədə yaşamıram, atamın evində yaşayıram. Həyat yoldaşımla küsüb evdən çıxmışam. Uşağımı da küçədə yatızdırmıram, atamın evində mənlə birgə qalır” – deyə, o qeyd edib.

/Xəzərxəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!