Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

Sosial

13 Noyabr 2021 15:44 1856


Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova ilə bağlı saytımıza məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.

O, saytımıza açıqlamasında faktı təsdiqləyib. Toyuqlu pizza

A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi 7 aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Ancaq həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”. 

Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb./News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!