Toy və nişanla bağlı qadağa qüvvədə qaldı
15 Avq 2020 12:22
368

Toy və nişanla bağlı qadağa qüvvədə qaldı

"Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir".

Yenisabah.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən iaşə obyektlərində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir:

"Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir. Həmçinin, belə tədbirlər zamanı maskadan istifadə, sosial məsafə qaydalarını qorumaq çətin olur"

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər