Toya 50 nəfər artıq qonaq çağırdı, cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Toya 50 nəfər artıq qonaq çağırdı, cərimələndi

Sosial

20 İyul 2021 08:39 893


Gədəbəydə  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. 

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Firuz Məmmədov 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!