Toya gedən 10 nəfər qapının arxasında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Toya gedən 10 nəfər qapının arxasında qaldı

Sosial

16 Dekabr 2021 09:53 389


Dekabrın 15-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 168 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 166 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 10 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!