Toylarda monitorinq: 4 nəfər cərimələndi, 12 nəfər geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Toylarda monitorinq: 4 nəfər cərimələndi, 12 nəfər geri qaytarıldı

Sosial

18 Yanvar 2022 09:43 547


Yanvarın  17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.  

Yenisabah.az xəbər verir ki, monitorinq 62 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: Toyuqlu pizza

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!