Mütəxəssislər həyəcan təbili çalırlar ki, tədricən Azərbaycanda yoluxma sayı artacaq. Bunu havaların soyuması və tezliklə yenidən başlayacaq toyların qapalı məkanda keçirilməsi ilə əlaqələndirirlər.
Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bu ehtimalı Yenisabah.az-a açıqlamasında təsdiqləyib.
“Proqnoz vermək bir az çətin məsələdir. Amma bugünkü reallıqla yanaşsaq, məktəblərin açılması və toyların başlaması, təbii ki, yoluxma sayının artımına səbəb ola biləcək”. Dördpendirli pizza
Həkimin sözlərinə görə, toyların formatının dəyişdirilməsi daha yaxşı olardı:
“Təəssüf ki, insanlar bəzən lazım olandan artıq istiqanlılıq göstərirlər. Yəni bir toyu müşahidə etsək, görərik ki, orada 100 nəfər varsa, 50-80-i bir-biri ilə öpüşür. Bu da təbii ki, yoluxmanın artmasına səbəb ola biləcək. Adəti, davranışı da dəyişdirmək çox çətin məsələdir. Bu, xarakterimizdə, genimizdədir.
Peyvəndlənmə artıb və virus da hər dəfə mutasiyaya uğradıqca daha da zəifləyir. Ona görə düşünürəm ki, tezliklə xəstəliyin öhtəsindən gələcəyik”.
Nəzrin Vahid
Telegram kanalımız