Toyların keçirilməsinə icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Toyların keçirilməsinə icazə verildi

Sosial

01 İyun 2021 09:30 1637


Türkiyədə iyunun 1-dən etibarən sərt karantin rejimi yumşaldılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, iyunun 1-dən kafe, restoran, çayxana və digər ictimai-iaşə müəssisələri saat 07.00-dan axşam saat 21.00-dək açıq olacaq. Digər saatlarda isə kafe və restoranlar paket servisi xidməti göstərəcək, bazar günləri isə yalnız çatdırılma xidməti fəaliyyət göstərəcək. Sezar pizza

İyun ayı ərzində komendant saatı həftə içi və şənbə günləri yerli vaxtla saat 22:00-dan 05:00-a qədər qüvvədə olacaq. Bazar günləri isə 24 saatlıq komendant saatı tətbiq ediləcək.

Sabahdan etibarən pandemiya qaydaları nəzərə alınaraq qapalı və açıq məkanlarda toy, nişan, yas və digər mərasimlərin keçirilməsinə də icazə veriləcək.

Türkiyədə yeni tədris ilinə isə sentyabrın 13-dən start veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!