Toyların 250-300 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilir?   - Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Toyların 250-300 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilir? - Deputatdan açıqlama

Sosial

10 Dekabr 2021 15:57 2335


Toyların keçirilməsinə icazə verilsə də, məhdud sayda qonaq dəvət olunması ilə bağlı qadağa ilk gündən narazılıq doğurub. Qadağa üzündən toyu bir neçə dəfə təkrarlayan da var. Bu isə əlavə xərc və zaman itkisi deməkdir. 

Qeyd edək ki, bu məsələ son günlər yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə aparılan müzakirələrdən bu qənaətə gəlmək olar ki, vətəndaşların şikayəti nəzərə alınaraq toy iştirakçılarının sayının 150-dən 250-300-ə qaldırılması mümkündür.

Bu məlumatların əsası varmı? Toylarla bağlı məhdudiyyətlər yaxın günlərdə aradan qaldırıla bilər? Dördpendirli pizza

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Məlahət İbrahimqızı Yenisabah.az-a virusla bağlı durumun ciddi təhlilə ehtiyacı olduğunu qeyd edib:

“Toylarda 150 nəfərin iştirakına icazə verilməsi o qədər də kiçik say deyil. Sözsüz ki, Azərbaycan xalqının min illik dəyərləri var və hər kəs istəyir ki, o dəyərlər çərçivəsində işini qursun. Lakin qlobal təhlükənin olduğunu görə-görə özümüzü riskə ata bilmərik.

Azərbaycanda pandemiyanın ilk günündən xüsusi proqram həyata keçirilib. Çalışırıq ki, vətəndaşlarımızı qlobal təhlükədən qoruyaq. Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar Azərbaycanı ən az itki verən ölkələr siyahısına daxil edib”

M.İbrahimqızı virusa qarşı mübarizənin asan olmadığını xatırladıb:

“Son 2 ildə həm “erməni virusu”na, həmdə koronavirusa qarşı mübarizə apardıq. 44 günlük Vətən müharibəsi və COVID-19-la mübarizə, ikisi də qlobal səviyyəli problem idi.

Artıq dünya ölkələrinin bir çoxunda koronavirus pandemiyasının beşinci dalğası başlayıb. Eyni zamanda, “Omicron” təhlükəsinə görə Almaniya, Avstriya, Skandinaviya ölkələri kimi səhiyyəsi güclü dövlətlər belə çox ciddi karantin qaydaları tətbiq ediblər.

Son olaraq qeyd edim ki, qarşıdakı aylarda virusla bağlı durum təhlil ediləcək və qərar veriləcək. Operativ Qərargah da istəyir ki, həyatımız əvvəlki axarına düşsün”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Ay basvuza dönüm deputat bu isə səlahiyyəti olan şəxsdir?ay peşəkarlıqdan uzaq olan media işçisi hansı düşüncə ilə gedib deputatdan Pandemiya tələblərini tənzimləyən operativ qərargaha aid olan sualları verirsən?Hani sizin pesekarliqiniz.Deputatda ele bil bekardi danışır ee.Yalnis sual yalnış adama verilir.
    4 years ago