Trampın kosmosla bağlı yeni qərarı diqqət çəkdi

saytların hazırlanması

Evə çatdırılma

Trampın kosmosla bağlı yeni qərarı diqqət çəkdi

Dünya

29 Avqust 2026 00:11 110


ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, məlumatı TASS yayıb.

Tramp bu barədə Texas ştatının Hyuston şəhərində yerləşən Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların mükafatlandırılması mərasimində çıxışı zamanı açıqlama verib. Toyuqlu pizza

ABŞ prezidentinin sözlərinə görə, ölkəyə kosmosun tədqiqi üçün ixtisaslı hərbçilər, mühəndislər, mülki operatorlar və digər mütəxəssislərdən ibarət bütöv bir nəsil yetişdirmək lazım olacaq.

Tramp bildirib ki, yeni milli akademiyanın yaradılması prosesinin başlanması ilə bağlı fərman imzalayacaq. Daha sonra o, müvafiq sənədi imzalayıb.

Yeni təhsil müəssisəsi ABŞ Kosmik Akademiyası adlandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!