Trampla Putinin görüşəcəyi şəhərin hava məkanı bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Trampla Putinin görüşəcəyi şəhərin hava məkanı bağlanacaq

Siyasət

12 Avqust 2025 01:19 3578


ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşü ilə əlaqədar avqustun 15-də Alyaskada yerləşən Ankoric şəhəri üzərində hava məkanı bağlanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

“Amerika hakimiyyəti bu ştatın ən böyük şəhəri üzərində səmanı 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq”, - materialda deyilir.

Məhdudiyyətlər bir gün qüvvədə olacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!