TŞ katibi Ərdoğan-Paşinyan görüşünü inkar etmədi

saytların hazırlanması

Evə çatdırılma

TŞ katibi Ərdoğan-Paşinyan görüşünü inkar etmədi

Dünya

13 İyun 2025 17:14 341


Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib.

Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, qurum rəsmisi görüşün gündəliyini açıqlamayıb.

Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək. pizza sifarişi

İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb.

Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!