Tullantılarla bağlı görüş keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Tullantılarla bağlı görüş keçirilib

Sosial

12 Aprel 2019 18:19 792


Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Oğuz rayonlarının yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilib.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!