Xalq artisti Tünzalə Ağayevanın ABŞ Səfirliyinin təșkil etdiyi mədəniyyət üzrə işgüzar səfəri davam edir.
Yenisabah.az xəbər verir ki, pop ulduz bu dəfə Los-Angelesdə qonaq olub. Sevilən müğənni orada ştatın musiqiçiləri ilə görüşüb. Daha sonra bir neçə dünyaca məşhur musiqili məktəb və kollecleri ziyarət edib.
Estrada ulduzu səfəri çərçivəsində dünya musiqisinin tarixi və incisi olan “Grammy” muzeyində qonağı olub. Oradaki tarixi nümunələrlə yaxından tanış olub. pizza hut
Sevilən müğənni bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşaraq “Beynəlxalq “Grammy” mükafatını hər bir peşəkar musiqiçi dostlarıma diləyirəm” şərhini qeyd edib.
Estrada ulduzunun paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanılıb.
Telegram kanalımız