Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Türkiyə Müdafiə Nazirliyi birgə təlimlə bağlı bəyanat yaydı
07 Sen 2021 12:30
532

Türkiyə Müdafiə Nazirliyi birgə təlimlə bağlı bəyanat yaydı

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Laçın bölgəsində keçirilən birgə təlimlərlə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, nazirliyin məlumatında bildirilir:

"Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında "Birgə Komando Əməliyyatı" təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək".

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 6-da Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Türkiyə Müdafiə Nazirliyi birgə təlimlə bağlı bəyanat yaydı
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər