Türkiyə öz qazından nə vaxt istifadə edəcək? - Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə öz qazından nə vaxt istifadə edəcək? - Nazir açıqladı

Dünya

08 Aprel 2023 13:02 724


Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz ehtiyatı 35 il ərzində daxili ehtiyacları ödəməyə qadirdir.

Yenisabah.az "CNN-Türk"ə istinadla xəbər verir, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O deyib: “Ehtiyatlarımız 710 milyard kubmetr qazdır. Bu, 35 il ərzində bütün yaşayış binalarının ehtiyaclarını ödəməyə qadirdir”. pizza hut

Onun sözlərinə görə, əhali may ayından etibarən Qara dəniz qazından öz evlərində istifadə edə biləcək.

Türkiyə 2020-ci ildə Qara dənizdə həcmi 540 milyard kubmetr olan böyük qaz yatağı kəşf edib. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğan onu ölkədəki ən böyüyü adlandırıb. O, həmçinin Qara dənizdə həcmi 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini, Qara dəniz qazının ümumi ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və beynəlxalq bazarlarda 1 trilyon dollara başa gəldiyini bildirib.

Ərdoğan parlamentdə çıxışı zamanı bildirib ki, Türkiyənin Qara dəniz şelfində hasil etdiyi təbii qaz aprelin 20-də milli paylama sisteminə axmağa başlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!